Son dəqiqə

Türkiyə İstanbul AFAD zəlzələ təbii fəlakət seysmik hadisələr Seysmik aktivlik zəlzələ fay xətti

İstanbulda ikinci güclü zəlzələ

BAKI, TurkicWorld

Silivridən sonra ikinci güclü təkan İstanbulda olub.

TurkicWorld xəbər verir ki, bu gün İstanbulda bir neçə dəqiqə arayla baş verən zəlzələlər şəhərdə və ətraf əyalətlərdə ciddi narahatlıq yaradıb.

İlk olaraq Silivri sahillərində 3,9 bal gücündə zəlzələ qeydə alınıb, ardınca isə daha güclü ikinci zəlzələ baş verib.

Zəlzələnin təxminən 10 saniyə davam etdiyi və şəhərin müxtəlif bölgələrində hiss edildiyi bildirilib.

Qeyd edək ki, AFAD-ın məlumatına əsasən, ilk zəlzələnin episentri Silivri sahillərində, 6,99 km dərinlikdə olub. Hər iki zəlzələ ətraf bölgələrdə də aydın şəkildə hiss olunub və əhalidə panika yaradıb.

Mövzuya görə xəbərlər