BAKI, TurkicWorld
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, ABŞ-lı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, telefon danışığı zamanı ikitərəfli əlaqələr, Suriya, Rusiya, Ukrayna və Qəzza mövzuları müzakirə edilib.
“Danışıqlar zamanı ikitərəfli münasibətlər, Suriyadakı son vəziyyət, Qəzzada humanitar böhran və Rusiya-Ukrayna müharibəsində atəşkəsin təmin olunmasına yönələn səylər dəyərləndirilib” - deyə, açıqlamada bildirilib.