Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli Terrorsuz Türkiyə DEM partiyası

Ərdoğan bu gün DEM partiyasını qəbul edəcək

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün DEM Partiyası heyətini qəbul edəcəyini açıqlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, o, görüş zamanı Terror­suz Türkiyə hədəfinə çatmaq iradələrini bir daha təsdiqləyəcəklərini bildirib.

“Terrorsuz Türkiyə” prosesi ilk dəfə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli tərəfindən 15 və 22 oktyabr tarixlərində edilən çıxışlarla gündəmə gəlib.

Bu çərçivədə DEM Partiyası heyəti ilə ilk görüşü də məhz Devlet Bahçeli Türkiyə Böyük Millət Məclisində reallaşdırıb.

Rəcəb Tayyib Ərdoğan, bu gün Prezident Sarayında DEM Partiyasının Van millət vəkili Pervin Buldan və İstanbul millət vəkili Sırrı Süreyya Öndəri qəbul edəcək.

Mövzuya görə xəbərlər