Son dəqiqə

Türkiyə Yunanıstan FETÖ

Yunanıtana qaçmaq istəyən iki FETÖ şübhəlisi saxlanılıb

BAKI, TurkicWorld

Türkiyədə Yunanıstana qaçmaq istəyən 2 FETÖ şübhəlisi saxlanılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində, qanunsuz yollarla Yunanıstana keçməyə çalışan iki şəxsi nəzarətə alıblar.

Araşdırmalar nəticəsində həmin şəxslərin FETÖ ilə əlaqəli olduqları müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl FETÖ/PDY ilə əlaqəli 4 şəxs Yunanıstana keçmək üçün qeyri-qanuni yollarla sərhədi keçməyə çalışarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

Mövzuya görə xəbərlər