BAKI,TurkicWorld
Ankaranın Beypazarı rayonunda yerləşən kömür mədənində baş verən uçqun nəticəsində 1-i ağır olmaqla 13 işçi yaralanıb.
TurkicWorld xəbər verir ki, hadisə səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal avadanlıqlarının yerləşdiyi sahədə baş verib.
Uçqun zamanı avadanlıqların yaxınlığında işləyən işçilərdən 13-ü təzyiqin təsirindən xəsarət alıb.
Yaralılar dərhal Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. Onlardan 2-si vəziyyətlərinin ağırlığı səbəbilə Ankaraya göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.