Son dəqiqə

Prezident İlham Əliyev

Gender bərabərliyinin təbliği ilə məşğul olan QHT-lərə dəstək göstəriləcək

BAKI,TurkicWorld

Gender bərabərliyinin təbliği və təşviqi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının ictimai iştirakçılığının artırılmasına dəstək göstəriləcək.

TurkicWorld-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, gender bərabərliyinin təbliği və təşviqi ilə məşğul olan qeyrihökumət təşkilatlarının ictimai iştirakçılığının artırılması ilə bağlı təhlillər aparılması, gender bərabərliyinin təbliği və təşviqi ilə məşğul olan qeyrihökumət təşkilatlarının ictimai iştirakçılığının artırılması ilə bağlı təkliflər hazırlanması və gender bərabərliyinin təbliği və təşviqi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının ictimai iştirakçılığının artırılması planlaşdırılır.

Mövzuya görə xəbərlər