BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas ilə telefon danışığı keçirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, telefon görüşündə, İsrailin Fələstinə hücumları və regional, qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan, Qəzzada humanitar böhranın dərinləşdiyini və fələstinlilərin yalnız birgə çalışaraq bu prosesin öhdəsindən gələcəyini vurğulayıb.
Türkiyənin, Fələstinin səsini hər platformada eşitdirmək üçün səylərini davam etdirəcəyini bildirən Ərdoğan, Fələstin xalqının ən qısa zamanda sülh və əmin-amanlığa qovuşmasını arzuladığını qeyd edib. Görüşdə, Ərdoğan həmçinin Abbası Ramazan bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, bu telefon görüşməsi, Fələstin məsələsinin beynəlxalq səviyyədə dəstəklənməsini və Fələstin xalqının sülhə qovuşması üçün ardıcıl səylərin göstərilməsini məqsəd qoyur.