BAKI,TurkicWorld
Türkiyə İsrailin atəşkəs razılaşmasını pozaraq Livana həyata keçirdiyi hava hücumlarını pisləyib, sözləri ilə reaksiya verdi.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki,bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"İsrailin beynəlxalq hüquqa hörmət etmədiyini və regionun təhlükəsizlik və sabitliyinə təhdid olmağa davam etdiyini bir daha göstərmişdir",- deyə bəyanatda qeyd olunub.
Ölkənin şimalına raketlər atıldığını iddia edərək, İsrail ordusu Livanın cənubunu bir sıra hava hücumları ilə hədəf almışdı və 4 ay sonra ilk dəfə dünən paytaxt Beyrut'u da hədəf almışdı.
İsrail döyüş təyyarələrinin həyata keçirdiyi bu hücum, 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman olmuşdu.