BAKI, TurkicWorld
Türkiyə Hərbi Hava Qüvvələri ABŞ-ın Nevada ştatında keçirilən Qırmızı Bayraq-2025/2 təliminə qatılıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) məlumatına görə, Nellis Hava Bazasında keçirilən beynəlxalq hərbi təlimdə Türkiyə Hərbi Hava Qüvvələri 5 F-16C/D təyyarəsi və 71 nəfərlik heyətlə təmsil olunub.
MSB-nin sosial media hesabında təlimdən görüntülər paylaşılıb və Türkiyə pilotlarının vəzifələrini uğurla yerinə yetirdikləri bildirilib.
Qeyd edək ki, Qırmızı Bayraq təlimləri real döyüş şəraitinə uyğun ssenarilər əsasında keçirilən beynəlxalq hava manevrləridir və iştirakçı ölkələrin hava qüvvələri üçün mühüm təcrübə imkanı yaradır.