Son dəqiqə

Türkiyə İstanbul yanğın

İstanbulda tarixi keçid və məsciddə yanğın baş verib

BAKI, TurkicWorld

İstanbulun Beyoğlu rayonunun məşhur İstiqlal küçəsində yerləşən Molla Çələbi məscidi və tarixi Suriye Pasajında yanğın baş verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, yanğın ötən gecə saat 03:00 radələrində Molla Çələbi məscidinin minarəsinə çıxıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və onların operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı ölən və yaralanan olmasa da, məscidin minarəsi ciddi zərər görüb.

Digər yanğın isə dünən saat 12:00 radələrində İstiqlal küçəsində yerləşən tarixi Suriye Pasajında qeydə alınıb. Yanğın keçidin 4-cü mərtəbəsindəki mənzildə başlayıb. Hadisə zamanı keçiddə olan insanlar dərhal binanı tərk ediblər.

Yanğınsöndürənlər 3 istiqamətdən müdaxilə edərək alovu nəzarət altına alıblar. Soyutma işləri tamamlandıqdan sonra hadisə yerində araşdırmalara başlanılıb. Hazırda yanğının səbəbləri araşdırılır.

Mövzuya görə xəbərlər