BAKI, TurkicWorld
Türkiyədə Ankarada icazəsiz nümayiş keçirən insanlar küçələri döyüş meydanına çevirərək, 5 polis əməkdaşını yaralayıblar.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Kızılay meydanında icazəsiz toplaşan və korrupsiyaya görə vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun həbsinə etiraz edən qrup polisə müqavimət göstərib.
Etirazçılar polis qüvvələrinə atəşfəşanlıq, daş, şüşə butulkalar və stul parçaları ataraq onlara hücum ediblər. Şəhər mərkəzində dağıntılar törədən vandallar bankomatlara da ziyan vurublar.
Polis qrupları asayişi bərpa etmək üçün nümayişçilərə müdaxilə edib. Hadisə nəticəsində 5 polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, son günlər Ankarada İmamoğlunun həbsinə qarşı etirazlar genişlənib. Rəsmi qurumlar icazəsiz aksiyaların qarşısını almaq üçün tədbirlər görür.