Son dəqiqə

Türkiyə PKK Devlet Bahçeli

Terroru həyatımızdan qalıcı şəkildə çıxarmağın zamanı gəldi - Bahçeli

Bakı, TurkicWorld

Artıq terroru həyatımızdan qalıcı şəkildə çıxarmağın zamanı gəldi.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözlər Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin terrorla mübarizə mövzusunda verdiyi açıqlamada yer alıb.

"Artıq terroru qalıcı olaraq həyatımızdan çıxarmağın zamanı gəlib çatıb. Çünki terrorla heç bir məqsədə nail olmaq mümkün deyil",- deyə o bildirib.

Bahçeli, DEM Partiyasının digər siyasi partiyalarla görüşlər aparmasını və terrorsuz Türkiyə mübarizəsinə dəstək verməsini müsbət dəyərləndirib. DEM Partiyası heyətinin MHP-yə sabah edəcəyi ikinci səfərlə bağlı danışan Bahçeli, bu görüşdə şəxsən iştirak edə bilməyəcəyini, lakin partiyasını təmsil edəcək nümayəndələrin görüşdə onun fikirlərini aydın və açıq şəkildə ifadə edəcəyinə inandığını vurğulayıb.

Bahçeli, MHP-nin mövqeyinin dəyişməz olduğunu və terrorun Türkiyənin gələcəyindən tamamilə silinməsi üçün qətiyyətli mübarizənin davam edəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Bahçeli, 27 fevral tarixində İmralıdan edilən tarixi çağırışın yalnız PKK-nı deyil, həm də onun bütün qollarını əhatə etdiyini, bu çağırışdan YPG və digər terror qruplaşmalarının istisna olunması ilə bağlı fikirlərin əsassız olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər