ASELSAN İctimayyəti Məlumatlandırma Platforması (KAP) Türkiyə Müdafiə sənayesi nazirliyi

ASELSAN 54 milyonluq müqavilə imzalayıb

BAKI,TurkicWorld

ASELSAN və Türkiyə Müdafiə sənayesi nazirliyi arasında Qyeni nəsil elektron müharibə sistemlərinin tədarükünə dair 54 milyon avro dəyərində müqavilə imzalanıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə ASELSAN, İctimayyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada yeni iş əlaqəsini elan edib.

“Yeni nəsil elektron döyüş sistemlərinin tədarükü üçün ASELSAN ilə Müdafiə Sənayesi nazirliyi arasında 54 milyon dollarlıq müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində tədarüklər 2028-ci ildə həyata keçiriləcək.”,- deyə bəyənatda qeyd olunub.

Qeyd edək ki, ASELSAN (Askeri Elektronik Sanayi), 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfi tərəfindən qurulan, müdafiə və texnologiya sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət əsasən rabitə, elektronika, radar, silah sistemləri, optik və təhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşıb.

ASELSAN-ın əsas fəaliyyət sahələri bunlardır:

Rabitə və İnformasiya Sistemləri – Hərbi və mülki sektorlarda istifadə olunan şifrəli rabitə və data ötürmə sistemləri.

Radar və Elektron Müharibə Sistemləri – Hava, quru və dəniz platformaları üçün radar və müdafiə sistemləri.

Silah Sistemləri – Uzaqdan idarə olunan silah qüllələri və atış idarəetmə sistemləri.

Optik və Elektro-Optik Sistemlər – Termal kameralar, gecəgörmə cihazları və lazer məsafəölçənlər.

Avtomatlaşdırma və Nəqliyyat Sistemləri – Ağıllı nəqliyyat, dəmir yolu sistemləri və sənaye avtomatlaşdırma həlləri.

ASELSAN hazırda dünyanın ən böyük müdafiə şirkətləri arasında yer alır və bir çox ölkə ilə strateji əməkdaşlıq layihələri həyata keçirir. Şirkət həm Türkiyə daxilində, həm də qlobal bazarda güclü mövqeyə sahibdir.

Mövzuya görə xəbərlər