Son dəqiqə

PUA ROKETSAN Murat İkinci

Roketsan PUA-300 Layihəsinə Start Verib

Bakı,TurkicWorld

Roketsan baş direktoru Murat İkinci TRG-300-ün PUA-lara inteqrasiyasına başlandığını açıqladı.

TurkicWorld, AzerVoice-ə istinadənxəbər verir ki, Abu Dabidə keçirilən IDEX 2025 sərgisində danışan İkinci, Roketsan-ın PUA-122 və PUA-230 kimi havadan buraxılan ballistik raket layihələrində mühüm irəliləyişlər əldə etdiyini bildirdi.

O, PUA-300 üçün işlərə başlanıldığını açıqlayıb.

Roketsan tərəfindən hazırlanan PUA-122 və PUA-230 raketlərinin sınaqlarının uğurla tamamlandığını, kütləvi istehsalına başlanıldığını bildirən İkinci, daha böyük sistemlərin inteqrasiyası üçün də işlərə başladıqlarını vurğulayıb.

“Buranın faydalarını gördükdən sonra TRG-300 kimi daha böyük sistemlərin PUA-lara və təyyarələrə inteqrasiyası üzərində işimizə başladıq . Burada onun çox ciddi məsafə artımı və çox ciddi döyüş başlığı effektivliyi ilə bizə qayıdacağını qiymətləndiririk”,- deyə o bildirib.

Mövzuya görə xəbərlər