Bakı,TurkicWorld
Türkiyədə ölkə üzrə 27 şəhərdə eyni vaxtda aparılan yoxlamalar nəticəsində 144 qeyri-qanuni miqrantın saxlanılıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, 96 "Mobil İmmiqrasiya Məntəqəsi" vasitəsilə 8322 nəfərin şəxsiyyəti yoxlanılıb və 144 qeyri-qanuni miqrant müəyyən edilib.
Nazir Yerlikaya bildirib ki, mobil miqrasiya məntəqələrində GöçNET verilənlər bazasına qoşulmuş kompüterlər, barmaq izi cihazları, miqrasiya üzrə mütəxəssislər və tərcüməçilər mövcuddur. Bu sistem sahədə nizamsız miqrasiya ilə mübarizəni gücləndirməklə yanaşı, qanuni olaraq qalan şəxsləri və turistləri narahat etmədən yoxlamalar aparmağa imkan verir.
Yoxlamalar İmmiqrasiya İdarəsi Müdirliyinin koordinasiyası ilə Təhlükəsizlik Ümumi Müdirliyi, Jandarma Baş Komandanlığı və Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən həyata keçirilib. İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Adana başda olmaqla, Türkiyənin 27 şəhərində keçirilib.
Saxlanılan qeyri-qanuni miqrantların öz ölkələrinə deportasiya olunması üçün prosedurlara başlanıldığı bildirilib.
Nazir Yerlikaya yoxlamaları həyata keçirən İmmiqrasiya İdarəsi, Polis, Jandarma və Sahil Təhlükəsizlik qüvvələrini uğurlu əməliyyata görə təbrik etdiyini vurğulayıb.
27 Büyükşehrimizde eş zamanda düzenlediğimiz denetimlerde;
— Ali Yerlikaya (@AliYerlikaya) February 21, 2025
96 Mobil Göç Noktası aracımızla birlikte toplam:
8 bin 322 kişiye kimlik kontrolü yapıldı.
144 düzensiz göçmen tespit edilerek geri gönderme merkezlerine sevk edildi.
Mobil göç noktasında: GöçNET veri tabanına… pic.twitter.com/CGGn4wxN8J







