Son dəqiqə

Azərbaycan Türkiyə İsrail Rufiz Hafizoğlu Tarixi mübahisə erməni soyqırımı

Tarixi faktlar bu iddiaları təsdiqləyirmi?

BAKI,TurkicWorld

İsrail hökuməti 1915-ci il qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanımaqla bağlı təklif verib. Təklif Knessetin plenar iclasında səsverməyə çıxarılacaq.

TurkicWorld Bakupost.az-a istinad edərək xəbər verir ki, qeyd edək ki, bu günə qədər İsrail tərəfi qondarma “erməni soyqırımı”nı tanımaq istiqamətində hansısa addım atmayıb. Əksinə, bir çox ölkələrdən fərqli olaraq, Təl-Əviv bu məsələdə son anadək neytral qalmağa üstünlük verib.

İsraillə Türkiyə arasında siyasi münasibətlər xeyli müddətdir ki, gərgin olaraq qalır. İsrailin Qəzza zolağı, Suriyadakı əməlləri Ankaranın etirazları ilə qarşılanır.

Belə bir vəziyyətdə İsrail hökuməti yuxarıda qeyd edilən addıma əl atır.

İsrailin bu qərarı Benyamin Netanyahu tərəfindən verilən ən böyük səhvdir:

“Bu gün Yaxın Şərq bölgəsində baş verən hadisələr fonunda belə bir tarixi əsası və dövlət sənədi olmayan iddianın fakt kimi qəbul edilməsi absurd və qəbuledilməzdir. Türkiyə dəfələrlə bəyən edib ki, 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistan, ABŞ, Avropa ilə müxtəlif müstəqil komissiyalar yaratmağa hazırdır. Yəni imkan verilməlidir ki, məsələ barədə məhz həmin komissiyalar qərar versin. Təbii ki, erməni lobbisi bunu qəbul etmədi. Bu da onu göstərir ki, tarixdə “erməni soyqırımı” adında hansısa bir hadisə baş verməyib. Əksinə, Ermənistan və daşnaqlar hər zaman türkdilli xalqlara, müsəlmanlara qarşı aktiv genosid siyasəti yürüdüb. Bu sənədlərlə də sübut olunub”.

Ekspert qeyd edir ki, 1915-ci ildə nə İsrail dövləti, nə də yəhudi hökuməti yox idi:

“Bu nöqteyi-nəzərdən də İsrail hökumətinin sözügedən qərarı absurddur”.

Həmsöhbətimizin sözlərinə görə, Türkiyə geri addım atmayacaq.

Onun fikrincə, Ankaranı İsraildən asılı vəziyyətə salan, ondan çəkinəcəyi nəsə yoxdur ki, geri çəkilsin:

“Azərbaycan da bu barədə açıqlamasında qeyd edir ki, Türkiyə nədən geri çəkilməlidir? İsrail 1967-ci il sərhədinə qayıtmalı və bölgədə Fələstin və İsrailin timsalında bir paytaxtlı iki dövlət yaranmalıdır. Bu Azərbaycan və Türkiyənin rəsmi mövqeyidir. Təl-Əviv düşünürsə ki, İslam Əməkdaşlıq Təşkilatı və dünya ictimaiyyəti İsrailin Qəzzada törətdiklərinə göz yumacaq, bu baş verməyəcək. İsrailin addımı dinlərarası dialoqa da ciddi zərbə vurur. Türkiyənin mövcud vəziyyətdə geri addım atacağını düşünmürəm. Bu baş verməyəcək. Türkiyə, eləcə də İsrailin özü bölgədə baş verəcək bütün ssenarilərə hazırdırlar”.

Digər tərəfdən, R. Hafizoğlu düşünür ki, İsrailin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qəbul etməsi də heç nəyi dəyişməyəcək:

“Rusiya və bir çox digər ölkələr bu istiqamətdə addım atıb. Amma bu Türkiyə üçün heç nəyi dəyişməyib və indi də dəyişməyəcək. Bu mənada İsrailin qərarı da sadəcə olaraq, kağız parçasından başqa bir şey olmayacaq”.

Mövzuya görə xəbərlər