Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskiy ilə təkbətək görüşlərdən sonra mətbuat konfransı keçiriblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, mətbuat konfransı çərçivəsində dövlətlər arasında iki müqavilə imzalayıb.
Belə ki, iki ölkə arasında "Türkiyə Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Təhsil Sahəsində Əməkdaşlıq Müqaviləsi"nə Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekin və Ukraynanın Xarici İşlər Naziri Andriy Sibiha imza atıb.
İkinci müqavilə, "Türkiyə Respublikası Prezident Administrasiyası Kommunikasiya İdarəsi ilə Ukrayna Mədəniyyət və Strateji Kommunikasiya Nazirliyi arasında Media və Kommunikasiya Sahəsində Əməkdaşlığa dair Müqavilə"ni isə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Ukraynanın Xarici İşlər Naziri Andriy Sibiha imzaladı.
Prezident Ərdoğan ilə mətbuat konfransı keçirən Ukrayna Prezidenti Zelenski açıqlamalarında bir sıra məqama toxunub.
Zelenskiy, Türkiyənin həm Ukraynanın əsgərlərinin, həm də mülki vətəndaşlarının azad edilməsi üçün asanlıqlar təmin etdiyini bildirib.
"Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində çox prinsipial mövqe nümayiş etdirdi. Sülh masasında Türkiyə və Avropa da daxil olmaqla, bütün tərəflər iştirak etməlidir",- deyə Zelenski qeyd edib.