Bakı, TurkicWorld
Türkiyə və Səudiyyə Ərəbistanı arasında 6 milyard dollarlıq müdafiə sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mart ayında planlaşdırılan səfəri zamanı razılaşmanın tamamlanacağını bildiriblər.
Müqavilə çərçivəsində Səudiyyə Ərəbistanı Türkiyədən döyüş gəmiləri, tanklar və raketlər alacaq. Eyni zamanda, Ər-Riyadın Türkiyənin yerli döyüş təyyarəsi layihəsi “Kaan”a qoşulması planlaşdırılır.
Türkiyə və Səudiyyə Ərəbistanı artıq 2023-cü ildə müdafiə sahəsində əməkdaşlığa başlayıb və Ankara Baykar şirkətinin pilotsuz uçuş aparatlarını Səudiyyəyə satıb. Yeni müqavilə isə raketdən müdafiə sistemləri və “Altay” tanklarını əhatə edəcək.
Qeyd edək ki, rəsmilər layihəyə başqa ölkələrin də qoşula biləcəyini qeyd ediblər. Xarici işlər naziri Hakan Fidanın yanvarın 28-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində sazişin detalları müzakirə ediləcək.





