Son dəqiqə

Türkiyə Bosniya və Herseqovina Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Türkiyə və Bosniya regional məsələləri müzakirə ediblər

Bakı, TurkicWorld

Türkiyə xarici işlər naziri Hakan Fidan, 61-ci Münhen təhlükəsizlik konfrnsı çərçivəsində Bosniya və Herseqovina xarici işlər naziri Elmedin Konakoviç ilə görüşüb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata əsasən, nazirlər Balkanlardakı son vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.

Qeyd edək ki, daha öncə Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani, İordaniya xarici işlər naziri Əymən əs-Səfədi və Kosovonun baş naziri Albin Kurti ilə ayrı-ayrılıqda görüşüb.

Mövzuya görə xəbərlər