Bakı, TurkicWorld
Türkiyə Suriyanın şimalında terror təşkilatlarının mövcudluğuna icazə verməyəcək və bununla bağlı tədbir görməkdən çəkinməyəcək.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əhməd əl-Şəraanın başçılıq etdiyi yeni Suriya administrasiyası bu terror təşkilatlarına qarşı mübarizədə qərarlı görünür",- deyə o qeyd edib.
Xatırladaq ki, bu ayın əvvəlində Ankarada Şəraa ilə görüşündə bu qruplaşmalara qarşı atılacaq addımları müzakirə ediblər.