Son dəqiqə

Türkiyə Suriya

Türkiyə Suriyadan ixraca qoyulan məhdudiyyətləri aradan qaldırır

Bakı, TurkicWorld

Türkiyə Gömrük Ərazisi vasitəsilə Suriyaya ixrac və tranzitlə bağlı mövcud məhdudiyyət siyahıları ləğv edilib.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Ticarət Nazirliyinin verdiyi açıqlamada deyilir.

Açıqlamada Türkiyə Ticarət Nazirliyi, Suriya ilə ikitərəfli ticarətdə yeni tənzimləmənin qüvvəyə mindiyini bildirib.

"Suriyada başlayan yeni dövrdə Türkiyə-Suriya iqtisadi və ticarət əlaqələrindəki irəliləyiş davam edir. Hökumətimiz tərəfindən yeni dövrə dair Suriya ilə əldə edilən razılaşma çərçivəsində hazırlanan yol xəritəsi addım-addım həyata keçirilir.", - deyə açıqlamada qeyd edilib.

Mövzuya görə xəbərlər