Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Almaniya Frank-Valter Ştaynmayer

Türkiyə və Almaniya Qəzzadakı vəziyyəti müzakirə ediblər

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya prezidenti Frank-Valter Ştaynmayer ikitərəfli görüşgən sonra mətbuat konfransı keçiriblər.

TurkicWorld-un məlumatına görə, mətbuat konfransında bir neçə məsələlərə toxunulub.

Ərdoğan, Avropada ksenofobiya, irqçilik və islamofobiya aksiyaları ilə alman dostları ilə birgə mübarizə apardıqlarını bildirib.

Ərdoğan, sülh və sabitliyə doğru birgə səylər üçün vacib amilin gömrük İttifaqı və vizanın liberallaşdırılması olduğunu vurğulayıb.

"Suriyadakı hadisələr, Qəzzada son vəziyyət və Ukraynadakı müharibə kimi regional məsələlər kontekstində Almaniya ilə əməkdaşlığı davam etdirəcəyik. Qəzzada atəşkəsin qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşür. Beynəlxalq ictimaiyyət olaraq biz iki dövlətli həll üçün səylərimizi davam etdirməliyik. İnanıram ki, Almaniya da Türkiyənin Suriyanın yenidən qurulması səylərini dəstəkləyəcək. Davamlı sülh və rifahın hökm sürdüyü Suriya bizim hamımızın arzusudur.",- deyə Ərdoğan qeyd edib.

Mövzuya görə xəbərlər