Bakı, TurkicWorld
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA-nın prototipi növbəti uçuş sınağını uğurla başa vurub.
TurkicWorld xəbər verir ki, sınaq zamanı həyata keçirilən sistemin identifikasiyası işləri də uğurla həyata keçirilib.
Qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA-nın inkişafı bütün sürəti ilə davam edir. Bu çərçivədə ilk prototiplərdən əldə edilən təcrübələr sayəsində istehsal prototipində əhəmiyyətli dəyişikliklər edildi. Struktur təkmilləşdirmələrinə əlavə olaraq, avionika arxitekturasında da təkmilləşdirmələr edildi. Yeni mühərriki ilə səs sürətinə yaxınlaşacaq Bayraktar KIZILELMA, aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlə çox daha yaxşı manevr edə biləcək. AESA radarı ilə əldə etdiyi yüksək situasiya şüuru sayəsində ən çətin tapşırıqları yerinə yetirə biləcək.