Son dəqiqə

Türkiyə UNESCO

Ənənəvi tulum istehsalı və icrası UNESCO siyahısına daxil edilib

Bakı, TurkicWorld

Türkiyənin "Ənənəvi Tulum İstehsalı və Performansı" faylı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy məlumat verib.

O, Türkiyə və Şimali Makedoniya tərəfindən birgə hazırlanan “Ənənəvi Tulum İstehsalı və Performansı” faylının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini açıqlayıb.

"Mədəniyyətimiz UNESCO-da böyüməyə davam edir. Paraqvayın paytaxtı Asunsionda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Komitəsinin 19-cu Toplantısında daha bir sevindirici xəbər aldıq. Şimali Makedoniya ilə birlikdə hazırladığımız 'Ənənəvi Tulum İstehsalı və Performansı' faylımız UNESCO siyahısına daxil edilib. Bu uğurla ölkəmizin UNESCO-dakı qeyri-maddi irs elementi sayı 31-ə yüksəldi. Bu müvəffəqiyyətə töhfə verən hər kəsi təbrik edir, mədəni irsimizi qoruyan bütün vətəndaşlarımıza təşəkkürümü bildirirəm." - deyə nazir paylaşımında qeyd edib.

Mövzuya görə xəbərlər