Bakı,TurkicWorld
Bu il 8 milyard dolları keçəcək olan Səudiyyə Ərəbistanla ticarətimizi 2025-ci il üçün 10 milyard dollara çatdırmağı hədəfləyirik.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə İqtisadiyyat naziri Ömer Bolat Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən İstanbulda təşkil olunan Türkiyə-Səudiyyə Ərəbistan İş Forumunun bağlanış mərasimində çıxış edərkən deyib.
Nazir Səudiyyə ilə ticarətin bu il rekord həddi keçəcəyini bildirib.
Həmçinin o, iki ölkə arasındakı iqtisadi, ticari, enerji və müdafiə sahələrindəki əlaqələrin getdikcə gücləndiyini vurğulayıb.
Nazir, Türkiyədə hazırda 1400 Səudiyyəli şirkətin ümumi olaraq 2 milyard dollar investisiya qoyduğunu və bu investisiyaların sənaye, ticarət və xidmət sahələrində fəaliyyət göstərdiyini bildirib.
Nazir Bolat həmçinin İslam ölkələrinin 2002-ci ildə Türkiyənin xarici ticarətindəki payının 10% olduğunu, bu rəqəmlərin bu gün 30%-ə çatdığını qeyd edib.