Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan BRİCS

BRICS ilə əlaqələrin inkişafı Türkiyənin maraqlarına uyğundur - Ərdoğan

Bakı, TurkicWorld

BRICS ölkələri ilə əməkdaşlığın inkişafı hər sahədə Türkiyənin maraqlarına uyğun gəlir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən mətbuat brifinqində bildirib.

Türkiyə lideri Kazanda keçirilən BRICS-in XVI sammitində iştirakının nəticələrini dəyərləndirərək təşkilata üzv ölkələrin potensialına diqqət çəkib.

"Bu ölkələr planetin ərazisinin 30 faizini və dünya əhalisinin 45 faizini əhatə edir. Onlar dünya neftinin 40 faizini istehsal edir və dünya ticarətinin beşdə birinə töhfə verir. Əminəm ki, bundan sonra da iqtisadi inkişafı hədəfləyən Türkiyə üçün BRICS platforması böyük imkanlar açacaq," – deyə Ərdoğan BRICS ölkələri ilə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə BRICS-i mövcud əlaqələrə alternativ kimi görmür.

"Ankaranın xarici siyasəti yalnız Türkiyənin maraqlarına əsaslanır. Biz istəyirik ki, ölkəmiz dəyişən qlobal sistemdə öz layiqli yerini tutsun," – deyə Prezident əlavə edib.

Mövzuya görə xəbərlər