Bakı, TurkicWorld
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli , Cümhuriyyətin 101-ci ildönümü münasibətilə təbrik məktubu yayınlayıb.
TurkicWorld xəbər verir ki, açıqlamasında milli birlik vurğusu edən Bahçeli, Türkiyə Cümhuriyyətinin heç vaxt "kürd problemi" olmadığını və belə bir problemin gələcəkdə də mövcud olmayacağını bildirib.
Cümhuriyyətin birliyi və ölkə daxilindəki qardaşlıq ruhunun daim qorunmasının vacibliyini vurğulayan Bahçeli bu əziz gün münasibətilə xalqı təbrik edib.
Bahçeli, Türkiyənin milli birliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduqlarını vurğulayıb. O, "Şimalı Cənubi Kürdüstan" kimi ifadələri qeydiyyatdan keçirməyə çalışanların son şanslarını ehtiyatla istifadə etmələri lazım olduğunu bildirib. Onların, cəmiyyətə qarşı ayrı-seçkilik və separatçı fikirlərdə israrla dayanmalarının mənasız olduğunu vurğulayıb.
Bahçeli həmçinin, bölgədəki gərginliklərin artdığına diqqət çəkərək, milli birlik və qardaşlıq çağırışına qarşı çıxanların yanlış yolda olduğunu qeyd edib. "Türkiyə Cümhuriyyətinin kürd problemi yoxdur və heç vaxt da olmayacaq," deyən sədr, mövcud problemlərin etnik və məzhəb üzərində deyil, separatçı terror üzərində dayandığını və bu xəyanətin kökünün mütləq kəsiləcəyini vurğulayıb.