Bakı,TurkicWorld
Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən həyata keçirilən “Pençe-Kilit” əməliyyatında terror mağarasında 9M32 Strela-2 (NATO Hesabat Adı: SA-7 Grail) Hava Hücumundan Müdafiə Raketi (MANPADS) ələ keçirilib.
TurkicWorld xəbər verir ki, Türk ordusu İraqın şimalında bir sıra əməliyyatlar keçirib.
TSK-nın aşkar etdiyi mağaralarda çoxlu sursat ələ keçirilib.
Ələ keçirilən sursatlar arasında Sovet istehsalı olan SA-7 Grail və ya Strela-2 adlı portativ hava hücumundan müdafiə raketi də var.
Alçaqdan uçan hava hədəflərinə qarşı təsirli olan Strela-2 xüsusilə vertolyot kimi qanadlı təyyarələr üçün yüksək risk yaradır.
Qeyd edək ki, Strela-2 Rusiya istehsalı olan birinci nəsil portativ qısa mənzilli hava hücumundan müdafiə raketidir