Bakı, TurkicWorld
2023-cü ildə dünya üzrə PUA satışlarının 65%-i Türkiyə tərəfindən həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Beynəlxalq bazarda PUA satışları üzrə Türkiyə ilk sıradadır.
“Müdafiə sənayesində gizli və açıq embarqolara baxmayaraq, hardan hara gəldiyimizi hər kəs bilir. Müdafiə sənayesi məhsulları ixracımız 6 milyard dolları keçib. Məhsullarımız 178 müxtəlif ölkəyə ixrac edilir”- deyə Ərdoğan açıqlamasında bildirib.
Həmçinin Ərdoğan deyib ki, “Bu sahəyə dəstəyimizi davam etdirəcəyik”.