Son dəqiqə

Türkiyə Pakistan Türk Hava Yolları

THY Pakistan Hava Yolları ilə bağlı rəsmi açıqlama verib

Bakı, TurkicWorld

Türk Hava Yolları (THY), Pakistan Hava Yolları'nı (Pakistan Beynəlxalq Hava Yolları - PIA) satın almaq iddialarına aydınlıq gətirib.

TurkicWorld xəbər verir ki, bu barədə THY-nin Mətbuat müşaviri Yəhya Üstün açıqlama verib.

Üstün, bu iddiaların əsassız olduğunu və THY-nin belə bir təşəbbüsdə olmadığını bildirib. Onun sözlərinə görə, media orqanlarında yayımlanan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, iddialara görə, bəzi mənbələrdə THY-nin Pakistan Hava Yolları ilə maraqlandığı və artıq bu istiqamətdə danışıqların aparıldığı iddia olunurdu. Hətta Pakistan hökumət rəsmiləri də bu mövzuda müzakirələrin davam etdiyini bildirmişdilər. Lakin THY bu xəbərləri təkzib edərək, rəsmi olaraq belə bir niyyətlərinin olmadığını açıqlayıb.

Əlavə olaraq, nazir Pakistan Beynəlxalq Valyuta Fondunun (BVF) proqramını başa çatdırmaq üzrə olduğunu və bu inkişafın ölkəyə qlobal maliyyə institutları ilə əməkdaşlıqda yeni imkanlar qazandıracağına inandığını bildirib.

Mövzuya görə xəbərlər