Son dəqiqə

Türkiyə Fələstin İsrail Qəzza zolağı Fahrettin Altun

Fələstin azad olunana qədər mübarizəmiz davam edəcək - Altun

Bakı, TurkicWorld

Fələstin azad olunana qədər mübarizəmiz davam edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"İsrailin qanunsuz rəftarına son qoymaq üçün lazım olan hər addımı qətiyyətlə atacağıq. Mübarizəmiz Fələstin tam azadlığına qovuşana qədər davam edəcək.” – deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Ərdoğan Qəzza ilə bağlı paylaşımında AK Partiya İstanbul Millət vəkili və sənətçi Yücel Arzen Hacıoğullarının süni intellektlə yaratdığı "Boykot" mahnısının videosunu yerləşdirib.

Videoda İsrailin Fələstinə bombalı hücumlarının kadrları, partlayışlardan qaçan fələstinli uşaqlar, boykot elan edilən məhsullar və dünyanın hər yerindən Fələstinə dəstək yürüşləri yer alıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər