Son dəqiqə

Türkiyə Səhiyyə Nazirliyi

Qərbi Nil virusu 2024-cü ildə 6 nəfərdə aşkarlanıb – Türkiyə Səhiyyə Nazirliyi

Bakı, TurkicWorld

Türkiyədə 2010-cu ildən bəri müşahidə edilən Qərbi Nil virusu infeksiyası bu il 6 nəfərdə aşkar edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi sosial media hesabından açıqlama verib.

Açıqlamada, Qərbi Nil virusu infeksiyasının virus daşıyıcısı ağcaqanadların dişləməsi ilə yoluxan viral xəstəlik olduğu bildirilib.

"Xəstəlik birbaşa insandan insana keçmir. 2010-cu ildən ölkəmizdə müşahidə olunan Qərbi Nil virusu infeksiyası 2024-cü ildə 6 nəfərdə aşkarlanıb. Xəstələrimizin təqibi və müalicəsi davam edir. Nazirliyimiz tərəfindən lazımi işlər aparılır və proses həssaslıqla izlənilir.” – deyə paylaşımda qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər