Son dəqiqə

PKK Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

MİT İraqın şimalında əməliyyat keçirib

Bakı,TurkicWorld

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalı Hakurkda həyata keçirdiyi əməliyyatla PKK/KCK-nın üzvü Sema Cuya Çevlik kod adlı Zilan Azakı zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, MİT təşkilat daxilindəki agentlərindən Azakın bir müddətdir PKK-nın dron hücumlarında iştirak etdiyini öyrənib.

Alınan məlumat nəticəsində MİT, Azakı təqib etməyə başlayıb.

Türkiyəyə qarşı kəşfiyyat, müşahidə və dron hücumu fəaliyyətlərində iştirak edən terrorçu MİT-in təşkil etdiyi əməliyyat ilə zərərsizləşdirilib.

Qeyd edək ki, Sema Cuya Çevlik kod adlı Zilan Azak universitet təhsilini yarımçıq qoyaraq 2015-ci ildə PKK/KCK sıralarına qoşulub.

Mövzuya görə xəbərlər