Son dəqiqə

Türkiyə FETÖ

Türkiyədə altı FETÖ üzvü saxlanılıb

Bakı,TurkicWorld

Türkiyənin Aydın şəhərinin üç rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı təşkil edilən əməliyyatda altı şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, FETÖ-ə qarşı əməliyyatlar fasiləsiz davam edir.

Aydın Jandarma Komandanlığı tərəfindən keçirilən əməliyyatda təşkilatın maliyyə fəaliyyətinin deşifrə edilməsi üçün aparılan araşdırma çərçivəsində altı nəfərin FETÖ-çü məhbuslara vəsait ayırdığı müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mövzuya görə xəbərlər