Bakı, TurkicWorld
Türkiyənin hazırladığı sənədlər İsrailin məsuliyyət daşıması baxımından vacibdir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
Yılmaz, Türkiyənin Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiasına müdaxilə etməsi ilə bağlı açıqlamalar verib.
"Ölkəmiz tərəfindən hazırlanan hərtərəfli dosye qanunun aliliyi və İsrailin hesabatlılığı baxımından mühüm təşəbbüsdür. Ümid edirik ki, bu addım digər ölkələrin administrasiyaları üçün nümunə olacaq.” – deyə o qeyd edib.
Yılmaz bildirib ki, beynəlxalq hüquqa və institutlara inam bu prosesin necə davam edəcəyi ilə sıx bağlıdır.
“1967-ci il sərhədləri daxilində ərazi bütövlüyünə malik müstəqil Fələstin dövləti yaranana və məzlum Fələstin xalqı azad olana qədər bu dəstəyi davam etdirəcəyik” – deyə Cevdet Yılmaz vurğulayıb.
Hafiz Rufizoğlu