Bakı,TurkicWorld
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bu gün İnstaqram rəsmiləri ilə görüşəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə nazir X sosial media hesabında paylaşım edib.
İnstaqrama giriş İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən bloklanıb.
“Keçən həftə, blokladığımız Instagram sosial media platformasının rəsmiləri ilə görüş keçirildi. Görüşdə Türkiyənin qanunlarına riayət olunması ilə bağlı həssaslıqlarımız çatdırıldı. Bu gün günorta onlarla yenidən görüşəcəyik. Ümid edirik ki, tələblərimizi yerinə yetirmək üçün lazım olanı edəcəklər”,- deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən “Instagram”ın bloklanmasının səbəbi açıqlanıb. Bildirilib ki, radikal qərar “kataloq cinayətlər” kimi müəyyən edilən qaydalara uyğun olmadığı üçün verilib.