Bakı,TurkicWorld
Türkiyənin Van şəhərində terror təşkilatı PKK/KCK-ya qarşı aparılan araşdırmalar çərçivəsində 19 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, terror təşkilatlarının fəaliyyətinin qarşısının alınması istiqamətində işlər davam edir.
PKK/KCK-ya qarşı aparılan araşdırmalar çərçivəsində 28 iyul-4 avqust tarixləri arasında həyata keçirilən əməliyyatlarda 19 şübhəli ələ keçirilib.
Şübhəlilər haqqında məhkəmə tədbirləri görülüb.







