Bakı, TurkicWorld
Türkiyə Səhiyyə Nazirliyi istilərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, bu barədə nazirlik rəsmi səhifəsində paylaşım edib.
Açıqlamada bildirilib ki, çöldəki temperatur bədən istiliyindən yüksək olduqda orqanizm tərləyərək bədən hərarətini tarazlıqda saxlamağa çalışır, lakin həddindən artıq istilərdə yalnız tərləməklə bədən hərarətini tarazlıqda saxlamaq mümkün deyil.
Qeyd edilib ki, ətrafdakı yüksək rütubət, küləyin olmaması və ya dar paltar geyinmə səbəbindən hava axınının azalması kimi amillərin və istifadə edilən bəzi dərmanların tərin buxarlanmasına mane olur.
Hafiz Rufizoğlu