Bakı, TurkicWorld
Türkiyənin Şırnak və Mardin vilayətlərində keçirilən Gürz-3 əməliyyatları çərçivəsində dörd terrorçu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.
Yerlikaya sosial media hesabından verdiyi açıqlamada son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.
Yerlikaya zərərsizləşdirilən terrorçuların şəxsiyyətinin və iştirak etdikləri hərəkətlərin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini də bildirib.
Hafiz Rufizoğlu