Bakı, TurkicWorld
Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi hava zərbələri ilə terrorçular zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, “Tolhildan” kod adlı Ömer Fırat və onun iranlı həmyerliləri “Raman Renas” kod adlı İrfan Zendi və “Cengaver Mikayıl” kod adlı Süleyman Hidayet Resulun Süleymaniyədə olduqları müəyyən edilib.
Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi hava zərbələri ilə terrorçular zərərsizləşdirilib.
Mənbələr, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK/KCK mənsublarının təhlükəsiz bölgə zənn etdikləri Süleymaniyəyə çəkildiklərini bildiriblər. Terror təşkilatları üçün isə bu bölgənin artıq təhlükəsiz zona olaraq görülməyəcəyi bəyan edilib.