Bakı, TurkicWorld
Terror təşkilatlarına qarşı əməliyyatlarımız davam edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.
Yerlikaya bildirib ki, Türkiyənin Ankara, Çorum, Denizli, Diyarbekir, Edirne, İstanbul, İzmir, Kayseri, Kocaeli, Kırşehir, Kütahya, Mersin, Malatya, Rize, Samsun və Sivasda FETÖ terror təşkilatına qarşı “KISKAÇ” əməliyyatı keçirilib.
Əməliyyat çərçivəsində son 4 gündə 73 nəfər saxlanılıb.
“Terror təşkilatlarına və onların dəstəkçilərinə qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu