Bakı, TurkicWorld
Türkiyənin Çanaqqala sahillərində 17 qeyri-qanuni miqrant saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı açıqlama verib.
Bölgəyə istiqamətlənən “TCSG-8” qayıq qrupları rezin qayıqda Yəmən, Fələstin və Sudandan olan qadın və uşaqların da olduğu 17 qeyri-qanuni miqrantı saxlayıb.
Gəmidən endirilən əcnəbi vətəndaşlar əməliyyatlardan sonra Ayvacık Əcnəbilərin Repatriasiya Mərkəzinə aparılıb.
Hafiz Rufizoğlu