Bakı, TurkicWorld
Qəzza xalqına qarşı soyqırım sayılan əməllərin cəzasız qalmaması üçün səy göstərməyə davam edəcəyik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
“Beynəlxalq Ədalət Məhkəməsi elan etdiyi məsləhət rəyində İsrailin fələstinlilərə qarşı işğal və zülm siyasəti həyata keçirdiyini hüquqi cəhətdən təsdiqləyib. Sözügedən rəydə deyildiyi kimi, İsrail dərhal Fələstin ərazisində mövcudluğuna son qoymalı və vurduğu zərəri ödəməlidir.” – deyə bəyanatda qeyd edilib.
Bildirilib ki, beynəlxalq ictimaiyyət İsrailin qanunsuz əməllərinə son qoymaq üçün qətiyyətli mövqe nümayiş etdirməyə borcludur.
Məlumat üçün qeyd edək ki, Türkiyə məsləhətçi rəyə yazılı və şifahi töhfələr verməklə Beynəlxalq Ədalət Məhkəməsindəki prosesi dəstəkləyib.
Hafiz Rufizoğlu