Son dəqiqə

Türkiyə FETÖ

Türkiyədə FETÖ əməliyyatlarında altı şübhəli saxlanılıb

Bakı,TurkicWorld

İzmir mərkəzli üç vilayətdə həyata keçirilən FETÖ əməliyyatları zamanı altı şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-yə qarşı əməliyyat keçirilib.

ByLock istifadə edən və Bank Asyada məlumatları aşkar edilən 10 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Əməliyyat zamanı altı şübhəli saxlanılıb, dörd şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Mövzuya görə xəbərlər