Son dəqiqə

Haluk Görgün

Çevriliş cəhdi millətimizin cəsarəti sayəsində əngəllənib – Haluk Görgün

Bakı,TurkicWorld

Səkkiz il əvvəl bu gün xain dövlət çevrilişinə cəhdin qarşısı millətimizin uzaqgörənliyi və cəsarəti sayəsində alınıb.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün X sosial media hesabındakı paylaşımında deyib.

“Türkiyənin FETÖ və digər terror təşkilatlarına qarşı mübarizəsi, Cənab Rəcəb Tayyib Ərdoğanın güclü rəhbərliyi və millətimizin dəstəyi ilə qətiyyətlə davam edəcək”,- deyə Görgün bildirib.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsindən 8 il ötür. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb. Çevriliş cəhdi zamanı 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilib.

Mövzuya görə xəbərlər