Son dəqiqə

Türkiyə Indoneziya Haluk Görgün

Türkiyə-İndoneziya arasında müdafiə sənayesi əməkdaşlığı qurulub

Bakı, TurkicWorld

Türkiyə-İndoneziya arasında müdafiə sənayesi əməkdaşlığı qurulub

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün sosial media hesabından paylaşım edib.

“Türkiyə Aerokosmik Sənayesinin (TAİ) İndoneziyanın Bandunq şəhərində törəmə şirkəti olan Turkish Aerospace Indonesia şirkətinin açılışında iştirak etməkdən və bağlanmış ikitərəfli razılaşmalara şahid olmaqdan şərəf duyuram.” – deyə Görgün qeyd edib.

O bildirib ki, bu şirkət HÜRJET, GÖKBEY və kosmik sistemlər kimi kritik layihələrə mühəndislik dəstəyi verərək Türkiyə və İndoneziya arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək.

“Ümid edirəm ki, Turkish Aerospace Indonesia gələcəkdə birlikdə daha böyük uğurlara imza atacağımız inancı ilə Türkiyə və İndoneziya üçün faydalı və xeyirli olacaq.” – deyə paylaşımda qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər