Son dəqiqə

Türkiyə FETÖ

Türkiyədə dövlət çevrilişinin seyrini dəyişən hərbiçi

Bakı, TurkicWorld

2016-cı il 15 iyul tarixində Türkiyədə hərbi çevrilişə cəhd zamanı briqada generalı Semih Terzi Gölbaşıdakı xüsusi təyinatlıların qərargahını ələ keçirmək üçün FETÖ-çülərlə birlikdə yolda idi. Bundan xəbər tutan o zamankı Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Zekai Aksakallı telefonla komandanlıqda xidməti vəzifəsini icra edən 20 illik silahdaşı çavuş Ömer Halisdemirə zəng edir. "Ömer, general Semih Terzi vətən xainidir, qərargaha girmədən öldür. Haqqını da halal elə."- deyə ona əmr verir. Buna cavab olaraq, “Baş üsdə, komandir” deyən çavuş Ömer xidməti tapançasını çıxarıb hərəkətə keçir.

Dövlət çevrilişi cəhdindən sonra Ömer Halisdemirle bağlı məhkəmə sənədlərinə əsasən hadisənin təfərrüatları ortaya çıxır.

Belə ki, saat 02.13-də Halisdemir qərargahın komandanlıq mərtəbəsində otağından telefonla danışır, dəhlizə çıxır və sonra həmin otağa qayıdır.

Halisdemir bir dəqiqədən sonra qərargah binasının qarşısından çıxmaq üçün birinci mərtəbənin pilləkənlərinin başında hazır dayanır, Eyni fotoda keçmiş polkovniklər Ümit Bak və Murat Aydın da pilləkənlərin daha aşağı hissələrində dayandığı görülür.

Saat 02.14-də qərargah binasının qarşısına çıxan Halisdemir, saat 02.16-da aralarında FETÖ üzvü Semih Terzinin olduğu qrupun içinə qarışaraq Terziyə sinəsindən atəş açır.

Daha sonra qərargah binasının yanındakı ağaclıq əraziyə doğru qaçan Halisdemir Terzinin komandasında olan keçmiş mayor Fatih Şahin tərəfindən güllələnir.

Sonrakı dəqiqələrdə çevriliş cəhdində iştirak edən bəzi əsgərlərin Halisdemirin cənazəsinin ətrafında toplaşdığı görünür.

Saat 02.50-də daha əvvəl qərargah binasına aparılan yaralı Terzi onu müşayiət edən əsgərlər tərəfindən GATA-ya köçürülmək üçün helikopter meydançasına aparılır. Eyni kadrda Ömər Halisdemirin cansız bədəninin arxası üstə yerə uzanılmış vəziyyətdə olduğu diqqət çəkir.

O dövrdə general-mayor rütbəsi ilə Xüsusi Təyinatlı Qüvvələrin (Özel Kuvvetler Komutanlığı) komandiri vəzifəsini yerinə yetirən Zekai Aksakallı saat 10.18-də bir qrup əsgərlə şəhid Halisdemirin cənazəsinin yanına gəlir. Aksakallı diz çökərək şəhid Halisdemirin alnından öpür.

Ömer Halisdemir 20 fevral 1974-cü ildə Türkiyənin Niğde bölgəsində dünyaya gəlmişdir. Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömer uşaqlığını da Niğdədə keçirmişdir. Türkiyə silahlı qüvvələri tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Halisdemirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib.

Ömer Halisdemir, Elifnur və Doğan Ertuğrul adında iki övlad yadigar qalmışdır.

Mövzuya görə xəbərlər