Son dəqiqə

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyənin bərpa olunan enerji sahəsində iddialı hədəfləri var – Alparslan Bayraktar

Bakı,TurkicWorld

Türkiyənin bərpa olunan enerji sahəsində iddialı hədəfləri var

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar deyib.

Dünya Bankı ilə əməkdaşlığın inkişaf, enerji transformasiyası və təmiz enerji üzrə birgə layihələrin artırılmasının hədəfləndiyini bildirib.

Bayraktar Türkiyənin enerji təchizatı təhlükəsizliyini təmin etməyə və idxaldan asılılığı azaltmağa çalışan bir ölkə olduğunu ifadə edərək, enerji transformasiyasında strateji addımların atılmasının və enerji çevrilməsi prosesinin yaxşı idarə olunmasının lazım olduğunu bildirib.

Enerji səmərəliliyinin təkcə enerjidə deyil, sənaye, kənd təsərrüfatı, nəqliyyat və binalar kimi bir çox fərqli sektorda da artırılması lazım olduğuna diqqət çəkən Bayraktar, bərpa olunan enerji, hidrogen, keçid yanacağı kimi təbii qaz və nüvə enerjisinin mühüm rol oynadığını qeyd edib.

“Burada bizim qarşımızda duran bir neçə problem var. Onlardan biri sistemə bu qədər bərpa olunan və fasiləli resurs əlavə etməklə, sistem operatorunun, yəni elektrik ötürücü şəbəkəmizin fəaliyyətini düzgün idarə etmək və gücləndirmək zərurətidir. Bu baxımdan, ötürücü sistemimizi təkmilləşdirərək, bu artan ehtiyacı qarşılamaq üçün yeni investisiyalar etmək üçün önümüzdəki 10 ildə təxminən 10 milyard dollarlıq bir investisiya hədəfimiz var”,- deyə nazir bildirib.

Dünya Bankı ilə kritik minerallar sahəsində əməkdaşlığa da önəm verdiklərini ifadə edən Bayraktar, bütün dəyər zəncirində davamlılıq və yeni texnologiyalar əsasında addım atılmalı olduğunu və mühüm bir əməkdaşlığın olduğuna inandığını söyləyib.

Mövzuya görə xəbərlər