Son dəqiqə

Türkiyə meşə yanğınları

Balıkesirdə meşə yanğını baş verib

Bakı,TurkicWorld

Türkiyənin Balıkesir şəhərinin Altıeylül ilçəsində meşə yanğını baş verib.

TurkicWorld xəbər verir ki, yanğının naməlum səbəbdən baş verdiyi bildirilib.

Bölgəyə Balıkesir Bələdiyyəsinin xilasetmə qrupları və Meşə Region Müdirliyinə bağlı qruplar sövq edilib.

Qruplar yanğına nəzarət etmək üçün havadan və qurudan müdaxilələrini davam etdirir.

Qeyd edək ki, Türkiyənin meşə örtüyünün sahəsi 760,676 km2-dir. Dünyada meşə örtüyü sahəsinə görə 28-ci sırada yer alıb. Türkiyədə Son 4 ildə baş verən meşə yanğınlarında 168 min 194 hektar meşə sahəsi zərər görüb.

Mövzuya görə xəbərlər