Son dəqiqə

Ali Yerlikaya dələduzluq

Türkiyənin 9 şəhərində keçirilən əməliyyatda 88 şübhəli saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, əsas mərkəzi Mersin, Kahramanmaraş, Erzurum, Samsun, Nevşehir və Balıkesir olmaqla ümumilikdə 19 şəhərdə həyata keçirlən "Düğüm-1" əməliyyatı nəticəsində peşəkar dələduzluq fəaliyyəti ilə məşğul olan 88 nəfər şübhəlinin saxlanıldığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Yerlikaya öz sosial media hesabında paylaşım edib.

Belə ki, əməliyyatlar zamanı 1748 nəfəri dələduzluq yolu ilə aldadan 88 şübhəli şəxs saxlanılıb.

Həmçinin, əməliyyatlar nəticəsində 10 ədəd sənədsiz tapança, 2 ədəd boş tapança, 2 ədəd sənədsiz avtomat, çoxlu sayda kompüter, telefon, sim kart və portativ yaddaş, habelə külli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib.

Mövzuya görə xəbərlər